3 piyadanı maşın vurub öldürdü - Azərbaycanda

3 piyadanı maşın vurub öldürdü – Azərbaycanda
Want create site? Find Free WordPress Themes and plugins.

Ölkə ərazisində sutka ərzində piyada ölümü ilə nəticələnən 3 ağır qəza baş verib. A24.Az xəbər verir ki, ilk hadisə Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydə alınıb. Rayon sakini Elçin Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

İkinci hadisə yenə qərb bölgəsində baş verib. Belə ki, saat 23 radələrində Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu kəçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sonuncu piyada ölümü isə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində olub. Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hər üç faktla bağlı cinayət işləri açılıb, araşdırmalar aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar