3 qadının intiharında Adnan Oktarın adı keçdi - Sənədlər açıldı

3 qadının intiharında Adnan Oktarın adı keçdi – Sənədlər açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Adnan Oktar cinayət təşkilatının istintaqında 30 il bundan əvvəl baş verən və Türkiyədə gündəm yaradan 3 intihar hadisəsi yenidən araşdırılmağa başlanıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 3 intihar hadisəsində adı çəkilənlər isə Paşakay, Kalkavan və Tınar adında 3 qadına edilən təzyiq və şantaj hallarıdır.

Hər ötən gün Adnan Oktarla bağlı bir çox hadisələrin ipucları açılamağa başlayır. 250 müridin verdiyi ifadələrdə 3 intihar hadisəsi də araşdırılmağa başlanıb.

Belə ki 1988-ci ildə Kadıköy Kızıltoprakda yerləşən binanın 10-cu mərtəbəsindən özünü atan 18 yaşlı Nil Kalkavan intihar etmişdi. Araşdırma zamanı gənc qızın psixoloji problemlərinin olduğu üçün intihar etdiyi bildirilib. Lakin Mali polsinin üzə çıxartdığı sənəd Adnan Oktar cinayət təşkilatının istintaqında yenidən araşdırılacaq.

Bundan başqa 2002-ci ildə “1995 Dünya Gözəllik Müsabiqəsi”nin finalçısı olan Ahu Paşakay özünü geyim dolabında asaraq intihar etmişdi. İstintaqa daxil olan digər bir hadisə isə 2000-ci ildə evində intihar edən Nuray Tınardır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar