A24 Xeber

31 il ərzində Azərbaycanda 904 nəfər İİV-dən ölüb

31 il ərzində Azərbaycanda 904 nəfər İİV-dən ölüb
45
18 May 2018 - 12:11

“Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 4 ayında Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır”.

“A24.az” xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

O bildirib ki, onlardan 4138-i kişi, 1693-ü qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E. Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər dünyasını dəyişib.

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub.

APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00