A24 Xeber

Ginnesin Rekordlar kitabına düşmək üçün Cənubi Afrikanın paytaxtı Cape Tovnda 32 nəfər eyni anda özünü yandırıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Ginnesin Rekordlar kitabına düşmək üçün qeyri-adi sınaqlardan biri də əlavə olunub.

Cənubi Afrika ölkəsinin paytaxtı Cape Tovnun məşhur “Grand Parade” meydanında 32 nəfər özünü yandıraraq “özünü eyni anda yandıran ən çox insan” rekorduna imza atıb.

Sınaq ətrafdakı insanların təəccüb dolu baxışları qarşısında gerçəkləşib. Əyinlərinə oda davamlı geyimlər geyinən insan qrupu başlanğıc və son xətlər arasında sıra şəklində yürüyüblər.

Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu sınaq zamanı  hər insana bir köməkçi təyin edilib. Sınaq zamanı hər hansı hadisə baş verərsə dərhal müdaxiləyə hazır vəziyyətdə durublar. Xoşbəxtlikdən rekord sınağı zamanı qorxulu anlar yaşanmayıb və 32 nəfər 2013-cü ildə Amerikanın Klivlənd şəhərində gerçəkləşdirilən və 21 nəfərin iştirak etdiyi rekord sınağından bir addım irəliyə düşərək Ginnesin Rekordlar kitabına düşməyi bacarıb.

A24.az

Ginnesin Rekordlar kitabına düşmək üçün Cənubi Afrikanın paytaxtı Cape Tovnda 32 nəfər eyni anda özünü yandırıb. “A24.az” türk mediasına istinadən xəbər verir ki, Ginnesin Rekordlar kitabına düşmək üçün qeyri-adi sınaqlardan biri də əlavə olunub. Cənubi Afrika ölkəsinin paytaxtı Cape Tovnun məşhur “Grand Parade” meydanında 32 nəfər özünü yandıraraq “özünü eyni anda yandıran ən çox insan” […]

32 nəfər şəhərin meydanında özünü yandırdı – Məqsədləri şok etdi – VİDEO

283