32 yaşlı qadın Oğuzda itkin düşüb

32 yaşlı qadın Oğuzda itkin düşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Oğuzda qadın itkin düşüb. 

“A24.az” xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz rayonu sakini, 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz  Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, (055) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar