35 min suriyalıdan 4 mini Türkiyəyə geri qayıtdı

35 min suriyalıdan 4 mini Türkiyəyə geri qayıtdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Kilis Şəhər Meriyasının icazəsi ilə 1-18 avqust tarixləri arasında 35 min 840 suriyalı Qurban Bayramı üçün Suriyaya gedib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu həftənin əvvəlində yenidən qayıtmağa başlayan suriyalılardan təxminən 4 mini bu vaxta qədər geri qayıdıb.

Öncüpınar Sərhəd Qapısında əməliyyatlar aparıldıqdan və əşyaları yoxlanıldıqdan sonra Türkiyəyə keçmələrinə icazə verilən suriyalılar bayramı ölkələrində keçirdikləri üçün xoşbəxt olduqlarını, ancaq rejimin İdlibə qarşı əməliyyat aparmasına görə narahatlıq içərisində olduqlarını bildiriblər.

Bayram üçün gedən suriyalıların 31 dekabra qədər geri dönməsinin vacibliyi qeyd olunub.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar