3667 uşaq kilsədə cinsi istismara məruz qalıb

3667 uşaq kilsədə cinsi istismara məruz qalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Alman Katolik kilsələrindəki uşaq istismarlarının bilinəndən daha çox olduğu üzə çıxıb.

“A24.az” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalında xəbər dərc edilib.

Alman Yepiskoplar Konfransının Mannheim, Heidelberg və Giessen universitetlərinin uşaq istismarı ilə bağlı apardıqları araşdırmada sentyabrın 25-də ictimaiyyətə açıqlanacaq hesabatın xülasəsi nəzərdən keçirilib.

Araşdırmanın nəticələrində görə, 1946-2014-cü illərdə əksəriyyəti oğlan olan ən azı 3677 uşağın cinsi istismara məruz qaldığı qeyd edilib.

Hadiələrin baş verdiyi zaman uşaqların yarıdan çoxunun 13 yaşında olduğuna işarə edilən araşdırmada hər 6 hadisədən birinin təcavüz olduğu bildirilib.

Araşdırmada 1670 keşişin  həmin cinayətlərdə iştirak etdiyi deyilir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar