4 nəfəri yaralayan azərbaycanlı qadın “YouTube”un baş ofisində intihar etdi – FOTO - VİDEO

4 nəfəri yaralayan azərbaycanlı qadın “YouTube”un baş ofisində intihar etdi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

YouTubeservisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.

A24.azxəbər verir ki, Nasim Aqdam adlı qadın ofisdə olan 4 nəfəri yaralayıb, daha sonra isə intihar edib. Qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir.

Təklikdə hərəkət edən qadın ofisdə 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının isə intihar etdiyi güman edilir.

Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, qadının bu hərəkətinə səbəb kimi “Youtube”un onun hesabını bloka atması göstərilir.

Sosial şəbəkələrdə heyvan haqlarını müdafiə edən Nasim Aqdam həm də veqeterian olub.

Cənubi Azərbaycan vətəndaşı olan 39 yaşlı Aqdam bir neçə il öncə “Facebook” da “Dəmir Tuman Turanə” adlı hesab açaraq, insanları lağa qoyurmuş.

İstifadəçilərə yazdığı rəylərdən və mesajlardan onun psixi problemləri olması da istisna edilmir.

Həmçinin qadının atası İsmayıl Aqdam bildirib ki, şirkət “YouTube”dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Kriminal, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar