4 yaşlı uşaq təcavüzdə ittiham olundu

4 yaşlı uşaq təcavüzdə ittiham olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Misir məhkəməsi təcavüzdə ittiham olunan 4 yaşlı bağça uşağına bəraət verib.

“A24.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Hadiə ölkənin şimalında Buxeyra şəhərində yaşanıb.

Məlumata görə, 4 yaşlı oğlan uşağı özüylə eyni sinifdə olan 4 yaşlı qızı öpdüyü üçün əsəbləşən ata məhkəməyə müraciət edib.

Təqsirləndirilən Muhamməd Hamadın vəkili bildirib ki, qızı öpülmüş ata oğlan uşağının valideynləri ilə danışmadan birbaşa rəsmi şəkildə şikayət edib. Ondan sonra prokurorluq işə baxılması üçün məhkəməyə təqdim edib.

Məhkəmə isə hüquqi cəhətdən  düzgün olmadığı üçün işə baxmaqdan imtina edib. Lakin vəkil bundan sonra da hadisənin bağlanmadığını deyib. Şikayət Houş-İsa şəhərində Ali məhkəməyə verilib. Orda da 4 yaşlı uşaq günahsız elan edilib.

İş yerli polis bölməsinə kimi gedib çıxıb və ata 4 yaşlı oğlanın onun qızına təcavüz etdiyini polisə bildirib.

Məsələ ilə bağlı yerli media orqanları qeyd edir ki, iddiaçının 4 yaşlı oğlan uşağının nənəsi ilə ciddi anlaşılmazlıqları var, hansı ki, həmin qadın həmin məktəbdə işləyir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar