A24 Xeber

400 minlik toyu olan Ayselə vəzifə verildi- FOTO

400 minlik toyu olan Ayselə vəzifə verildi- FOTO
2. 595
22 İyun 2017 - 10:15

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova telekanalların birində aparıcılıq edəcək.

A24.Az xəbər verir ki, bu barədə bloger xanım özü məlumat verib.

“Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, Niyyətin hara mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Sonra yenidən açdım. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir.

Bundan sonra isə artıq Lider TV-də aparıcı kimi özümü sınayacam. Bloger kimi çalışıdığım qəədər sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var İnşallah bilirəm ki, o da olacaq”.

Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub.(GoldNews.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00