A24 Xeber

46 qızı zorlamaqda ittiham olunan “Falçı” sərbəst buraxıldı

46 qızı zorlamaqda ittiham olunan “Falçı” sərbəst buraxıldı
185
22 Aprel 2018 - 17:24

Falçılıq adı ilə 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb.

“A24.az” xəbər verir ki, bu barədə R.Talıbovun özü “musavat.com”a açıqlamasında bildirib: “Mən “içəridən” dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam”.

Ramil Talıbov zorlanma qalmaqalı ilə bağlı intihar etmək istədiyini də deyib:  “Özümü asıb öldürmək istəyirdim. Nə olsun ki, kişiyəm. Məgər kişiyə xələl gəlmir? Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda anlayışım yoxdur. Qızlardan biri Ə.A-nın rəfiqəsidir. Onu heç tanımıram. Artıq onlar barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişəm”.

Ramil Talıbov haqqında səslənən digər ittihamlara da cavab verib: “Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda heç bir bilgim yoxdur”.

Xatırladaq ki, aprelin 19-da iki tələbə qız mətbuata bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs “İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub.

Adları açıqlanmayan gənc qızların iddialarında o da yer alır ki, “falçı Mirseymur”un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmışdı.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00