5 həftəyə 10 kq arıqlama - MƏŞHUR PƏHRİZ

5 həftəyə 10 kq arıqlama – MƏŞHUR PƏHRİZ
Want create site? Find Free WordPress Themes and plugins.

1999-cu ildə İzrail diyetoloqu Kim Protasov xüsusi qidalanma sistemi tərtib edib.

A24.Az saglamolun.az-a istinadən bildirir ki, bu sistemə uyğun qidalanan insan 5 həftə ərzində maddələr mübadiləsini tənzimləyir, sağlam şəkildə arıqlayır, ac qalmır və həmçinin pəhrizdən çıxdıqdan sonra çəkisini normada saxlaya bilir.

Bundan əlavə pəhriz bağırsaqları yaxşı təmizləyir, orqanizm toksinlər, şlaklardan azad olunur ki, nəticədə dəri təmizlənir, baş və oynaq ağrıları azalır, insan özünü daha gümrah hiss edir.
Pəhriz 10 kq arıqlamağa imkan verir.
1-ci həftə.
Gün ərzində tərəvəzlər (tərkibində çoxlu nişasta olan tərəvəzlərdən əlavə), süd məhsulları (süddən əlavə) və 1 yumurtaya icazə verilir. Tərəvəzlər çiy, suda və ya buğda bişirilmiş halda yeyilir.
Gün ərzində şəkərsiz və südsüz çay və ya qəhvə içə bilərsiniz. Həmçinin hər gün 2 l su için.
Meyvələrdən gün ərzində 3 yaşıl almaya icazə verilir.
2-ci həftə.
Qidalanma prinsipi 1-ci həftədə olduğu kimidir.
3-cü həftə.
Süd məhsullarının miqdarı azaldılır, ət əlavə olunur. Gün ərzində 300 qr suda və ya buğda bişirilmiş yağsız ət (mal, toyuq və ya balıq) yeyə bilərsiniz. (Burada çiy ətin çəkisi nəzərdə tutulur.)
4-cü və 5-ci həftə.
3-cü həftədə olduğu kimi.
Pəhrizdən tədricən çıxmaq lazımdır. 6-cı həftədən başlayaraq qidalanmaya bitki yağı, 7-ci həftədən – şirin olmayan meyvələr, 8-ci həftədən sıyıqlar əlavə olunur. 9-10-cu həftədən başlayaraq adi qidalanma rejiminizə keçə bilərsiniz.
Bu pəhrizdən ildə 1 dəfə istifadə edə bilərsiniz.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar