5 May "Xalçaçı günü"dür

5 May “Xalçaçı günü”dür
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

A24.Az xəbər verir ki, Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır.  Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, –deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin və tarixi-mədəni irsimizin qorunub yaşadılması qayğısına qalmış, bu sahədə məqsədyönlü tədbirlər görülmüşdür. Xalq tətbiqi sənətimiz də o dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuş, xüsusilə xalçaçılıq sənətinin inkişafına diqqət artırılmışdır. Xalqımızın həyat şəraiti və məişəti ilə sıx bağlı olan xalçaçılıq sənəti ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində müstəqillik illərində daha da inkişaf etmişdir.

Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması da bu sənətə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Bu gün ölkəmizdə xalçaçılıq sənətinin tarixi-mədəni dəyəri ilə yanaşı, onun iqtisadi əhəmiyyəti də yüksək qiymətləndirilir, şəhər və rayonlarımızda xalça istehsalı emalatxanaları istifadəyə verilir. Bu da yeni iş yerlərinin açılması və xalçaçılıq sənəti ilə bağlı xammal istehsalı sahələrinin inkişafına təkan verir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına öz töhfəsini verəcəkdir./ naxçıvan

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar