5 nəfərin həyatını itirdiyi mənzilin sahibi danışdı: "Mən evdə olanların..." - ÖZƏL

5 nəfərin həyatını itirdiyi mənzilin sahibi danışdı: “Mən evdə olanların…” – ÖZƏL
Want create site? Find Free WordPress Themes and plugins.

Xırdalan şəhərində 5 nəfərin öldüyü evin sahibi danışıb. A24.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ev sahibi açıqlamasında bildirib ki, o, evdə qalan şəxsləri tanımır. Onun sözlərinə görə, evi makler vasitəsi ilə kirayəyə verib:

“Evdə olanların heç birini tanımırdım. Mən evi maklerə vermişdim, o da kimlərəsə icarəyə verib. Ona görə də mən sadəcə makleri tanıyıram”.

Qonşular isə özünü ev sahibi kimi təqdim edən şəxsin əslində ev sahibinin qardaşı olduğunu bildiriblər. Evin həmin şəxsin bacısına aid olduğu deyilir.

Artıq dəm qazından boğularaq ölən şəxlərin kimliyi də məlum olub.   A24.Az APA-ya istinadən xəbər verir ki, onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə  Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar