A24 Xeber

5 qardaşla evli olan qadın: “Uşağımın atasının kim olduğunu bilmirəm” – FOTOLAR

5 qardaşla evli olan qadın: “Uşağımın atasının kim olduğunu bilmirəm” – FOTOLAR
1. 070
29 Mart 2017 - 11:53

Hindistanın cənubunda Dehradun şəhərində yaşayan 21 yaşlı Rajo Vermanın 5 əri var.

A24.Az xəbər verir ki, Verma ailəsinin istəyi ilə öncə 21 yaşlı Guddu ilə evlənib, ancaq daha sonra həyat yoldaşının 4 qardaşı ilə münasibət qurmağa başlayıb. Hazırda bir otaqlı evdə yaşayan ailənin oğlu da var. Rajo Verma “Uşağımın atasının kim olduğunu bilmirəm, amma bunun heç bir əhəmiyyəti yoxdur” – deyə bildirib.

Əri Guddu “Hamımız onunla cinsi münasibətdə oluruq və mən qısqanmıram. Biz xoşbəxt, böyük bir ailəyik” – deyir. Verma bildirib ki, ərlərinə qarşı sevgisi eynidir.  32 yaşlı Bajju “Qardaşlarım kimi mən də onu arvadım olaraq görürəm və cinsi münasibətə girirəm. Bu bizim həyatımızdır. Qəribə olduğunu düşünmürəm” – deyə əlavə edib. Bajju həmçinin bildirib ki, evlərində yataq yoxdur və yerə sərdikləri adyalın üzərində yatırlar: “Hamımız onunla yatmaq üçün sıramızı gözləyirik”.

1.5 yaşında Jay adlı oğlu olan qadın “Bir çox evli qadından daha çox maraq görür və daha çox sevilirəm. Həyatımdan çox məmnunam” deyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00