500-700 bal toplayan abituriyentlərin aşağı faiz nisbəti TƏƏCCÜBLƏNDİRDİ

500-700 bal toplayan abituriyentlərin aşağı faiz nisbəti TƏƏCCÜBLƏNDİRDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Ekspert Kamran Əsədov cari ilin imtahanda iştirak edən abituriyentlərin bal statistikasını bölüşüb.
A24.Az xəbər verir ki, bu göstərici heç də ürəkaçan deyil. Çünki ekspertin açıqladığı nəticələrə görə ümumilikdə I – IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib və onların yalnız 9.8 faizi 500-700 arası bal toplayıb:

Həmin statistikaya görə: 

“I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 – nəfər 500-700 arası bal toplayıb.
II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.
III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 – 700 arası bal toplayıb.
IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.  2018-2019 – cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb”.
X.V, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar