6 ayda 521 nəfər məişət zorakılığından zərər çəkib

6 ayda 521 nəfər məişət zorakılığından zərər çəkib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda bu ilin yanvar-iyun ayları ərzində 434 məişət zorakılığı cinayəti baş verib.

“A24.az” bildirir ki, Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu cinayətlərin 7,4 faizi sərxoş vəziyyətdə törədilib. 11,8 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 0,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 1,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 96,1 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,9 faizi əzab vermə, 0,9 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı cinayətləri nəticəsində 521 nəfər zərər çəkib ki, onların da 81 faizini qadınlar təşkil edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar