7 uşaq atasının meyiti tapıldı, evin divarında qan izləri, amma günahkar tapılmır - müəmmalı ölüm

7 uşaq atasının meyiti tapıldı, evin divarında qan izləri, amma günahkar tapılmır – müəmmalı ölüm
Want create site? Find Free WordPress Themes and plugins.
Tamella Rüstəmova: “Bizi yola verirlər. Nə maşının sürücüsü tapılıb, nə də ekspertizanın nəticəsi məlumdur”

“Sumqayıt şəhərinin Çorat qəsəbəsindən Xızı rayonunun Yaşma qəsəbəsinə qohumlarıgilə qonaqlığa gedən həyat yoldaşımın ölüm xəbərini aldıq. Deyilənə görə onu TIR vurub”.
Bunu “Bizim Yol”a müraciət edən Rüstəmova Tamella Əhməd qızı bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı 30 noyabr 1952-ci il təvəllüdlü Kərimov Kamil Əhmədağa oğlu 04.05.2017-ci il tarixində Çoratdan Yaşmaya gedib.

“Kamil dayısı oğlu Bəhruz Həsənovla dostu Rəşad adlı şəxsin maşınından Çoratdan Yaşmada yaşayan qardaşıgilə gediblər. Orda yeyib-içiblər. Qonaqlıqda Kamilin qardaşı Firuz Kərimov və onun oğlu Ceyhun da olub. Versiyalardan biri odur ki, onların qonaqlıq zamanı mübahisəsi olub. Evdə qan izləri tapılıb. Qanın kimə məxsus olduğunun müəyyənləşdirilməsi ilə bağlı qərarı tibbi ekspertiza verməlidir. Amma qərar geçikir”,-deyə Tamella Rüstəmova bildirib.
Onun sözlərinə görə, bu ilin may ayının 4-dən 5-ə keçən gecə Bakı-Quba yolunun Yaşma qəsəbəsi ərazisində 59-cu km-də onun meyidi tapılıb.
“Deyilənə görə, onun üzərindən TIR keçib. Nə maşın tapılıb, nə də sürücü. Mən hadisə ilə bağlı araşdırmanın sürətləndirilməsi üçün Xızır rayon İcra Hakimiyyətinə, Xızır rayonu Prokurorluğuna və polis şöbəsinə şikayət etmişəm. Şikayətlərin heç bir nəticə verməyib. Sadəcə müstəntiqlər dəyişdirilib. Onu da bildirim ki, maşının vurması nəticəsində meyid parça-parça olub, ələ gəlməyib. Onun bədəninin hissələrini toplayıb dəfn ediblər”,-deyə Tamella Rüstəmova bildirib.
O deyir ki, dünən cinayət işinin araşdırıldığı Xızı rayon Prokurorluğuna gedib: “Dedilər ki, birinci gün prokurorluq işləmir. Hadisədən 50 gündən artıq vaxt keçib. Bizi yola verirlər. Nə maşının sürücüsü tapılıb, nə də ekspertizanın nəticəsi məlumdur.
Gedən proseslərə əsasən deyə bilərəm ki, biz ekspertizanın rəyinin dəyişdiriləcəyinə şübhə edirik. Ona görə də, bizim bir əlacımız qalıb ki, başqa ölkədən ekspertiza gətirək”.
Təqaüdçü mərhum Kərimov Kamil Əhmədağa oğlunun 7 övladı var.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar