A24 Xeber

70 yaşın işığında – FOTOLAR

70 yaşın işığında – FOTOLAR
740
01 Mart 2017 - 21:03

1 mart 2017-ci ildə Zəngilan rayon İcra Hakimiyyətində Zəngilan şəhər ərazi icra nümayəndəsi vəzifəsində çalışmış Əşrəf Şükürovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. A24.Az xəbər verir ki, tədbirdə rayon ziyalıları, fəxri qonaqlar və yubilyarın ailə üzvləri iştirak edib.

Tədbiri açılış nitqilə başlayan Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çoxşaxəli ictimai fəaliyyəti olan Ə.Şükürovun şərəfli ömür yolundan, müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, Əşrəf Şükürov 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.

R.Həsənov onu da qeyd edib ki, əsl insan ömrü yaşamış Ə.Şükürovun həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.

Çıxış edənlər Əşrəf Şükürovun yüksək insani keyfiyyətlərindən, səmərəli fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Respublika Veteranlar Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri Lətif Babayev çıxış edərək 2016-cı ildə veteran hərəkatında göstərdiyi xidmətə görə Əşrəf Şükürovu “Veteran həmrəyliyi” medalı ilə təltif edib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00