A24 Xeber

700 bal toplayan Zeynəb: “Repetitor yanına getməmişəm”

700 bal toplayan Zeynəb: “Repetitor yanına getməmişəm”
105
16 May 2018 - 9:54

“Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”.

“A24.az” bildirir ki, bu sözləri “AzVision.az”a Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.

Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: “Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam”.

Qeyd edək ki, Zeynəb Quluzadə 11 il ərzində əla qiymətlərlə oxuduğu üçün Təhsil Nazirliyinin qızıl medalına namizəddir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00