72 yaşlı kişi qatarın altında qaldı - Ayağını kəsdilər

72 yaşlı kişi qatarın altında qaldı – Ayağını kəsdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb.

A24.Az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən “Report”a verilən məlumata görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib.

Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun ayağının üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı amputasiya edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar