8 Martda pul yığacaq müəllimlərə xəbərdarlıq edildi

8 Martda pul yığacaq müəllimlərə xəbərdarlıq edildi
Want create site? Find Free WordPress Themes and plugins.

“8 Mart və digər özəl bayramlarda şagirdlərdən pul istənilməsinin bir çox hallarda təşəbbüskarları müəllimlərdir”. 

“A24.az” bildirir ki, bunu “azvision.az”a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, Təhsil Nazirliyinə anonimliyi istisna olmaqla daxil olan şikayətlər dərhal araşdırılır.

“Bu günə qədər nazirliyə hər hansı şikayət daxil olmayıb. Şikayət olunduğu təqdirdə dərhal reaksiya veriləcək. Biz bu məsələlərin qəti əleyhinəyik. Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Lakin bunların təşkilatçısı elə valideynlərin özləridir. Ona görə narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq”.

M.Vəliyeva vurğulayıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərin etimadından sui-istifadə hallarına yol verilməsinin əleyhinədir.

“Düşünürük ki, məktəb bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdır. Mütəmadi bu barədə danışılmalıdır. Bu məsələ nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırarkən valideynlərin ərizələri ilə rastlaşırıq. Həmin ərizələrdə onlar könüllü şəkildə müəllimlərini bu və ya digər səbəbdən təbrik etmək istədiklərini qeyd edirlər. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb rəhbərliyi, müəllimlər tərəfindən məcburi şəkildə təşkilatçılığın əleyhinəyik. Əgər hər hansı valideyn digər valideynləri bu məsələyə məcbur edirsə, biz bunun əleyhinəyik. Valideynin öz övladının müəllimini təbrik etməsində qəbahət görmürəm. Hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar