8 yaşlı uşaq hovuzda boğuldu - ailə şoka düşdü - FOTO

8 yaşlı uşaq hovuzda boğuldu – ailə şoka düşdü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Balıkesir şəhərinə tətil üçün gələn ailənin 8 yaşlı uşağı hovuzda boğulub.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, 8 yaşlı Berkay Kaya böyüklər üçün nəzərdə tutulan hovuza girib.

Hadisə ananın nəzarətindən kənarda baş verib. Ana 4 yaşlı qızının təmizliyi üçün oteldəki otağına qalxıb. 8 yaşlı oğlu Berkay Kaya isə böyüklər üçün olan hovuza girib. Üzməyi bacarmayan Berkay suyun içərisində çırpınmağa başlayıb. Bunu görən insanlar uşağı dərhal sudan çıxarıb.

Hadisədən xəbər tutan Kaya cütlüyü tez hovuz olan yerə qaçıb. Çoxlu miqdarda su udan Berkay Kaya təcili yardımla xəstəxanaya çatdırılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. Övladlarının dünyasını dəyişdiyini eşidən cütlük şok keçirib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar