80 yaşlı qadın: "Qohumumu söyüş söydüyü üçün öldürmüşəm"

80 yaşlı qadın: “Qohumumu söyüş söydüyü üçün öldürmüşəm”
Want create site? Find Free WordPress Themes and plugins.

Göygöl rayonunda 80 yaşlı qadının törətdiyi qətlin təfərrüatı məlum olub.

A24.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1937-ci il təvəllüdlü Marquş Bayramova qonşusu və uzaq qohumu olan Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şiraslan Atayevi qətlə yetirib. Yaşlı qadın mətbəx bıçağı ilə Ş.Atayevi ürəyə yaxın nahiyədən bıçaqlayıb. Bir bıçaq yarası alan Ş.Atayev hadisə yerində ölüb.

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 80 yaşlı qadın saxlanılıb. RPŞ-dən verilən məlumata görə, M.Bayramova istintaqa ifadə verib: “Marquş Bayramova ifadəsində bildirib ki, gecə saatlarında qonşusu Şiraslan Atayev sərxoş halda qadının yaşadığı evə gəlib. Qoca qadın Şiraslan Atayevdən həyətindən çıxmasını tələb edib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Marquş Bayramova qeyd edib ki, Şiraslan Atayev söyüş söydüyü üçün onu bıçaqlayıb”.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar