9 min müəllimin maaşı ARTIRILACAQ

9 min müəllimin maaşı ARTIRILACAQ
Want create site? Find Free WordPress Themes and plugins.
“26 may – 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tam başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib”.
A24.az bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
O bildirib ki, hazırda müəllimlərin nəticələri təhlil olunur: “Diaqnostik qiymətləndirmədə iştirak edən 17 min müəllimin arasında böyük əksəriyyət təkrar qiymətləndirməyə qatılıb. Onların nəticələrində artım müşahidə olunur. Geniş təhlillər hazır olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
E. Bağırov qeyd edib ki, qiymətləndirməyə qatılan 17 min müəllimin arasında yalnız 9 min nəfər müəllim əvvəlki illərdə müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib: “Qiymətləndirmədə təkrar iştirak edən müəllimlərin əvvəlki illərdə əmək haqları artırılıb. 9 minə yaxın müəllimin, hansı ki, onlar ilk dəfə qiymətləndirmədə iştirak ediblər, onların yeni tədris ilinin əvvəlindən maaşları artımla ödəniləcək”.(APA)
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar