Abdullah Gülün həkimi də FETÖ-çü çıxdı

Abdullah Gülün həkimi də FETÖ-çü çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin 11-ci Prezident Abdullah Gülün prezident olduğu dövrdə həkimi olan Sədat Caner, FETÖ üzvlüyü ittihamı ilə həbs olunub.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində, keçmiş Qazi Universiteti şəxsi heyətindən olan 19 nəfər haqda saxlanma qərarı verilib. Habertürkun xəbərə görə, o adlar arasında 11-ci prezident Gülün vəzifədə olduğu dövrdə yaxın həkimi olan Sədat Canerin də olduğu ortaya çıxıb. Caner, prokurorluq sorğusundan sonra Ankara 1-ci Sülh Cəza Hakimliyində hakim qarşısına çıxıb. Ankara 1-ci Sülh Cəza Hakimi Sezər Deməz, Canerin FETÖ üzvlüyü ilə ittiham olunmasını əsaslandırılaraq həbs olunmasına qərar verib. Prokurorluq Canerin Fətullah Gülənin şəxsi həkimi Tuncay Dəlibaş ilə əlaqəli olduğu, Bank Asiya hesabındakı vəsaitdə artım olduğu və Bylock istifadəçisi olduğuna dair qeydlər olduğunu bildirib. Ancaq Caner bu ittihamları rədd edib. FETÖ üzvü olmadığını, təşkilatın xəbərləşmə şəbəkəsi Bylocku istifadə etmədiyini bildirib. 2012-ci ildən etibarən, Gülün yaxın həkimliyi və Prezidentin şəxsi həkimi olduğunu söylədi. Caner, Gülün vəzifə müddətinin bitməsindən sonra isə öz istəyi ilə işindən çıxdığını qeyd edən Caner, 2016-ci ilin oktyabr ayındada Qazi Universitetindəki vəzifəsindən xaric edildiyini də qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar