A24 Xeber

Abel Məhərrəmov Təhsil Naziri olmaq barəsində danışdı

Abel Məhərrəmov Təhsil Naziri olmaq barəsində danışdı
234
01 Mart 2018 - 19:40

“O adam xoşbəxtdir ki, o, vəzifəni yox, vəzifə onu gəlib tapır. Əgər, insan vəzifə axtarırsa, deməli, o, bunun məsuliyyətini dərk etmir. Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin. Mən qətiyyən belə bir şey haqqında fikirləşmirəm”.

A24.az xəbər verir ki, bu sözləri AzEDU saytına verdiyi eksklüziv müsahibəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov söyləyib.

O, müsahibəsində nazir olmaq istəməsi ilə bağlı yayılan məlumatlardan tutmuş, rəhbərlik etdiyi təhsil ocağı haqqında illərdir, açıq qalan bütün suallara cavab verib.

Rektor eyni zamanda, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin adının universitetə qaytarılmasıyla bağlı mövqeyini açıqlayıb.

Üç ildir, müsahibə verməyən Abel Məhərrəmovla geniş söhbətlə yaxın günlərdə AzEDU saytında tanış ola bilərsiniz.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00