Abid Şərifovun ailəsində faciə

Abid Şərifovun ailəsində faciə
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

“A24.az” “BakuPost”a istinadən xəbər verir ki, A.Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də, saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z.Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər iki sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar