A24 Xeber

Abramoviç İsrail vətəndaşı oldu

Abramoviç İsrail vətəndaşı oldu
48
29 May 2018 - 10:00

Dünyaca məşhur rusiyalı milyarder, İngiltərənin “Çelsi” klubunun prezidenti Roman Abramoviç İsrail vətəndaşlığına keçib.

A24.Az xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Məlumatda Abromoviçin İsrail vətəndaşlığını almaq üçün şəxsi təyyarəsi ilə bu ölkəyə gəldiyi bildirilib. O, Tel-Əvivdəki Ben Gurion hava limanında İsrailin Daxili İşlər nazirliyinin rəsmiləri ilə görüşüb və vəsiqəni alıb.

R.Abromoviçin yaxınlarının qəzetə verdiyi açıqlamada milyarderin İsraili çox sevdiyi və bu addımı uzun müddətdir planlaşdırdığı qeyd olunub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00