Abromoviç "Çelsi"ni satır - 1,2 milyarda

Abromoviç “Çelsi”ni satır – 1,2 milyarda
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyalı milyarder Roman Abromoviç “Çelsi” klubunu satmaq niyyətindədir.

A24.Az xəbər verir ki, buna səbəb İngiltərənin Abromoviçə viza verməməsidir.

Yerli mətbuatın yazdığına görə, artıq klubun stadionu “Stemford Bric”in 570 milyon avro dəyərindəki yenilənmi layihəsi dondurulub.

“The Times” qəzeti iş adamının klubu 1,2 milyard avroya satmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Abromoviç “Çelsi”ni 2003-cü ildə 1,14 milyard avroya alıb və kluba əlavə olaraq 160 milyon avro xərc çəkib.

Xatırladaq ki, bir neçə gün öncə milyarderin viza ala bilmədiyi üçün İsrail vətəndaşlığına keçməsi barədə xəbərlər yayılmışdı.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar