ABŞ-a məxsus hərbi təyyarə Yaponiyada qəzaya düşüb - pilotdan xəbər var

ABŞ-a məxsus hərbi təyyarə Yaponiyada qəzaya düşüb – pilotdan xəbər var
Want create site? Find Free WordPress Themes and plugins.

Yaponiyanın Okinava adası yaxınlığında qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin pilotu xilas edilib.

“A24.az” xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, pilot ağır xəsarətlər alıb. ABŞ Hərbi – Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Okinava adasının inzibati mərkəzi Naxa şəhərindən 80 km cənubda okeana düşüb. Pilot katapult edə bilib. Qırıcının Okinava adasında yerləşən, ABŞ-a məxsus “Kadena” bazasından havaya qaldığı bildirilir.

Qeyd edək ki, “Kadena” – ABŞ Hərbi-Hava Qüvvələrinin ölkə xaricində yerləşən ən iri bazalarından biridir.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar