A24 Xeber

ABŞ Bağdaddakı əsas qərargahlarını ləğv etdi – 15 il sonra

ABŞ Bağdaddakı əsas qərargahlarını ləğv etdi – 15 il sonra
42
30 Aprel 2018 - 22:36

ABŞ rəhbərliyindəki Birləşmiş Xidmət Gücü Quru Əməliyyatı, Bağdaddakı baş qərargahları, İŞİD-ə qarşı verilən “böyük mübarizənin sona çatdığını” bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Birləşmiş Xidmət Gücü Quru Əməliyyatı, İŞİD-in acımasız şəkildə əlində tutduğu 4.5 milyon İraqlının azad edilməsi üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi quru əməliyyatlarına dəstək verdiyi qeyd edilib. Qərargahların ləğv edilməsi üçün təşkil olunan mərasimdə danışan Birləşmiş Xidmət Gücü Quru Əməliyyatı general Walter Piatt, İraq hökumətinə bu əməliyyat adı altında dəstək olduqlarına görə birgə gücə təşəkkür etdiklərini bildirib.

İraq Birgə Əməliyyatlar Komandanı sözçüsü general-mayor Yəhya Rəsul isə İŞİD-ə qarşı yaradılan birgə koalisiya qüvvələrindəki bütün ölkələrin nümayiş etdirmiş olduğu peşəkarlıq, fədakarlıq və böyük uğurun təqdirəlayiq olduğunu deyib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00