ABŞ bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina etdi

ABŞ bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ BMT İnsan Haqları Şurasında islahatları dəstəkləməyən Human Rights Watch (HRW) və bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina edib. 

A24.Az xəbər verir ki, bununla bağlı HRW təşkilatına ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məktub göndərib.

“Bilməlisiniz ki, BMT İnsan Haqları Şurasında islahatlara mane olmağınız ABŞ-ın şuradan çıxmasının əsas səbəblərindədir”, – məktubda deyilir.

Heyli qeyd edib ki, bir il öncə İnsan Haqları Şurasında islahatlar üçün əsas istiqamətləri açıqlamışdı: “Şuranın tərkibinin keyfiyyətini yaxşılaşdırmaq” və “İsrailə qarşı olan münasibətlərdən” qurtulmaq.

Heylinin fikrincə, islahatlara mane olmaqla HRW insan haqları məsələsində Rusiya və Çinin tərəfində dayanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar