ABŞ-da 17 ştat Trampa qarşı ayağa qalxdı: Prezident adminstrasiyasını məhkəməyə verdilər

ABŞ-da 17 ştat Trampa qarşı ayağa qalxdı: Prezident adminstrasiyasını məhkəməyə verdilər
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da 17 əyalət ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarını ailələrindən ayıran qalmaqallı miqrant siyasəti səbəbilə Tramp adminstrasiyasına qarşı iddia qaldırıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-york, Kaliforniya və Vaşinqton başda olmaqla 17 ştatda baş prokurorlar prezident Donald Trampın qanunsuz və qəddar miqrant siyasətinə görə ABŞ rəhbərliyini məhkəməyə verib.

Seattle  Bölgə Məhkəməsinə təqdim olunan 128 səhifəlik məhkəmə işində Trampın miqrant siyasətinin ABŞ Konstitusiyasındakı bərabər haqq, federal sığınacaq və status hüquqlarını pozduğu bildirilib.

Nyu-York prokuroru Barbara Underwood da yazılı bir açıqlama verərək, “Uşaqları valideynlərindən ayırmaq qeyri-insani, vicdansız və qeyri-qanunidir. Biz də bunu dayandırmaq üçün iddia qaldırırıq. Tramp rəhbərliyi uşaqları valideynlərindən ayıraraq, onları yüzlərlə kilometr uzağa göndərərək bu uşaqlarda çox böyük bir travmaya səbəb olub. Bizim ölkəmiz bu deyil. Tramp hakimiyyətinin konstitusiyaya və haqlarımıza zərbə endirməsinə tamaşaçı qalmayacağıq”, – deyə qeyd edib.

ABŞ prezidenti Donald Tramp ölkə daxilindən və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalarla bağlı ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən ayrılmasına mane olacaq bir prezident fərmanı imzamışdı.

Müzakirələrə yol açan mübahisəli proseduru sona çatdırmaq üçün ABŞ Konqresi də hərəkətə keçmişdi.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kirstjen Nielsen aprel və may aylarında ABŞ-a qanunsuz olaraq gətirilən təxminən 2 min uşağın müəssisələrdə saxlanıldığını açıqlamışdı.

Nielsen mətbuatda əks olunan görüntülərin əksinə, bu uşaqlara yaxşı baxdıqlarını, səhhətlərində problem olmadığını söyləmişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar