ABŞ-da 2 qatar toqquşdu: 2 nəfər öldü, 116 nəfər yaralandı

ABŞ-da 2 qatar toqquşdu: 2 nəfər ölüb, 116 nəfər yaralandı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb.

Bu barədə “NBC” telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb.

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır.

Makmasterin sözlərinə görə, hadisə zamanı “Amtrak” şirkətinin 2 əməkdaşı ölüb.

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən “Amtrak” şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.


***18:24

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.

Bu barədə “ABC” telekanalı Leksinqton dairəsi şerifinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən “Amtrak” şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.

“CNN” telekanalı isə hadisə zamanı 2 nəfərin öldüyünü xəbər verib. Qəzanın təhqiqatı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən aparılacaq.

Qeyd edək ki, ilkin məlumatda qəza zamanı 50 nəfərin xəsarət aldığı bildirilib. //Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar