A24 Xeber

ABŞ-da neft zavodunda partlayış: 20 nəfər xəsarət aldı

ABŞ-da neft zavodunda partlayış: 20 nəfər xəsarət aldı
20
26 Aprel 2018 - 22:56

Cümə axşamı ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda baş vermiş partlayış nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Süpirior şəhərinin yanğın xidmətinin rəisi Stiv Pancerin sözlərinə görə, ehtimal ki, ya xam neft, ya da bitum olan kiçik bir konteyner partlayıb.

Partlayışdan sonra yanğın baş verib. Heyət üzvləri təxliyyə olunub. Yanğını əvvəlcə nəzarətə götürmək mümkün olub, lakin sonradan o, yenidən alovlanıb.

Telekanalın məlumatına görə, xəstəxanalara 5 nəfər yerləşdirilib, ölən yoxdur.

Şəhər polisi öz “Twitter” səhifəsində bildirib ki, zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb.//Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00