ABŞ-da şəhər 1,7 milyon dollara satışa çıxarıldı - FOTO

ABŞ-da şəhər 1,7 milyon dollara satışa çıxarıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri demək olar, bütünlüklə satışa çıxarılıb.

“A24.az” bildirir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Amerikanın “Craigslist” saytında yerləşdirilən xəbərdə bildirilir ki, şəhərin yeni alıcısı təkcə yaşayış binalarını deyil, mülki tikililəri – restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrını alacaq.

Sadalananların hamısının bütünlükdə qiyməti – 1,7 milyon dollardır. Bu, ABŞ-ın bəzi digər iri şəhərləri, o cümlədən Nyu-Yorkdakı mənzillərin qiyməti ilə təxminən uyğun gəlir.

Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar