ABŞ-da terror aktı hazırlayan yeniyetmə qız saxlanıldı

ABŞ-da terror aktı hazırlayan yeniyetmə qız saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə “The Dallas Morning News” qəzeti məlumat yayıb.

Məlumata görə o, Pleyno şəhərindəki ticarət mərkəzində terror aktı həyata keçirməyə hazırlaşırıb. Ehtimal edilir ki, yeniyetmə İŞİD üzvlərinin təsiri ilə hərəkət edə bilər.

Nəşrin xəbərinə görə, 17 yaşlı məktəbli ticarət mərkəzinə gələnlərə atəş açmağı planlaşdırırmış. Həmçinin bildirilir ki, yeniyetmə cinayəti törətmək üçün silah və zəruri geyimlə təmin edilib.

Qəzetin məlumatına görə, ticarət mərkəzinə hücum mayın ortalarında olmalı idi. Saxlanılan şəxsə qarşı ittihamlar təsdiqlənsə, o, azadlıqdan ömürlük məhrum edilə bilər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar