A24 Xeber

ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, kütləvi dava Hantinqton Biç (Huntington Beach) şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.

“Los Angeles Times”ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib.

Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.

Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.

ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. “A24.az” “Report”a istinadən xəbər verir ki, kütləvi dava Hantinqton Biç (Huntington Beach) şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb. “Los Angeles Times”ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib. Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının […]

ABŞ-da Trampa görə insanlar dalaşdı – VİDEO

551