A24 Xeber

ABŞ-dan Cənub Qaz Dəhlizinə TAM dəstək

ABŞ-dan Cənub Qaz Dəhlizinə TAM dəstək
23
29 May 2018 - 12:21

Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir.

A24.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk bildirib.

S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir:

“Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00