A24 Xeber

ABŞ-dan Fələstinə təklif

ABŞ-dan Fələstinə təklif
35
03 Sentyabr 2018 - 18:27

ABŞ rəsmiləri tərəfindən Fələstinin dövlət başçısı Mahmud Abbasa təqdim olunan İordaniya ilə konfederasiya qurulması təklifi müzakirə edilir.

Fələstin Dövlət Aparatı İordaniya ilə konfederasiya məsələsi ilə bağlı iki xalqın qərar verəcəyini bildirib.

A24.Az bildirir ki, xəbəri Fələstin xəbər agentliyi WAFA yayıb.

Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeynə məsələ ilə bağlı verdiyi açıqlamada İordaniya ilə konfederasiya ideyasının 1984-cü ildən bu yana Fələstin rəhbərliyinin gündəmində olduğunu və Ramallahın o gündən etibarən İordaniya ilə mövcud olan xüsusi münasibətinin əsasını iki dövlətli həllin təşkil etdiyini vurğuladığını qeyd etdi.

İsrailin “Haaretz” qəzetində dərc olunan xəbərə görə, Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahda “Peace Now” adlı qeyri-hökumət təşkilatı ilə görüşündə ABŞ prezidenti Donald Trumpın kürəkəni və müşaviri Jared Kushner və beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Jason Greenblattın ona İordaniya ilə konfederasiya qurmağı təklif etdiklərini söyləyib.

Xəbərdə Abbasın İsrailin də konfederasiyanın bir hissəsi olması şərti ilə təklifi qəbul edəcəyini ifadə etdiyi bildirilir.

Digər tərəfdən, İordaniya Hökumətinin sözçüsü Cumanə Quneymat məsələ ilə bağlı yerli mətbuata verdiyi açıqlamada İordaniyanın İordan çayının qərb sahilinə bağlanmasının müzakirə mövzusu ola bilməyəcəyini və bunun imkansız olduğunu söyləyib.

Quneymat ölkəsinin İsrail və Fələstin münaqişəsinə dair iki dövlətli həll ilə bağlı mövqeyinin dəyişməz və dəqiq olduğunu vurğulayıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00