ABŞ-dan Hizbullah üzvlərinə qarşı yeni - SANKSİYALAR

ABŞ-dan Hizbullah üzvlərinə qarşı yeni – SANKSİYALAR
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Maliyyə Nazirliyinin Hizbullahın Baş Katibi Həsən Nasrallaha qarşı sanksiyaları genişləndirdiyi, aralarında Nasrallahın müavini Naim Qasımın da olduğu 4 Hizbullah səlahiyyətlisini isə ilk dəfə sanksiya siyahısına salındığı bildirilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Xarici Varlıqlara Nəzarət Ofisinin sanksiya siyahısını təzələdiyi, Hüseyn əl-Xəlil İbrahim Əmin Əl Seyyid, Naim Qasım, Məhəmməd Yezbakın Hizbullah maliyyə sanksiyalarının ikinci siyahısına əlavə olunduğu qeyd olunub.

Açıqlamada Xüsusi Terrorçular Siyahısında yer alan Həsən Nasrallahın isə ayrıca Xüsusi Qlobal Terrorçular Siyahısına da salındığı bildirilib.

Orxan Aslanlı, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar