ABŞ-dan miqrantlara qarşı daha bir qalmaqallı addım: Uşaqlara məcburi DNT testi edilir

ABŞ-dan miqrantlara qarşı daha bir qalmaqallı addım: Uşaqlara məcburi DNT testi edilir
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da Tramp adminstrasiyasının Meksika sərhədində valideynlərindən ayıraraq bir mərkəzdə saxladığı miqrant uşaqlara DNT testi etmək hazırlığı mübahisələri alovlandırıb.

A24.Az xəbər verir ki, jurnalistlərə açıqlama verən səhiyyə naziri Aleks Azarın verdiyi məlumata görə, sərhəddə ABŞ nəzarəti altında saxlanılan təxminən 3 min uşağın DNT analizi edilir.

ABD sınırında zorla göçmen çocuklara DNA testi

ABŞ-da Səhiyyə və İnsan Xidmətləri nizamnaməsinə görə, DNT testi qohumluq iddialarını təsdiqləmək üçün istifadə edilir. Ancaq bu halda məhkəmə əmriylə DNT testi iyulun 10-dan başlayaraq 4 yaşına qədər olan uşaqlara, iyuldan 26-dan etibarən isə 5-17 yaş arası uşaqlara tətbiq olunacaq.

Genetik məxfilik hüququ üzrə ixtisaslaşan “Mercatus Center”dən Jordan Reimschiesel, “Yalnız ABŞ vətəndaşları haqda danışanda belə DNT testi vasitəsilə əldə edilən genetik göstəricilərlə nə edildiyinə dair bir nəzarət yoxdur”, – deyə bildirib.

ABD sınırında zorla göçmen çocuklara DNA testi

Reimschisel və digər məxfilik hüququ müdafiəçiləri tərəfindən dilə gətirilən narahatlıqlardan biri isə DNT testi vasitəsilə əldə edilən sağlamlıq göstəriciləri sayəsində miqrant ailələrin gələcəkdə səhiyyə xidmətlərinə daxilolmanın qarşısının alınması da var.

Eyni zamanda uşaqlardan alınan DNT nümunələrinin uyğun şəkildə müdafiə olunmayacağı qayğıları da var.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar