A24 Xeber

ABŞ-dan Putinin meydan oxumasına cavab: “Ondan bizdə də var” – FOTO

ABŞ-dan Putinin meydan oxumasına cavab: “Ondan bizdə də var” – FOTO
125
03 Mart 2018 - 19:49

ABŞ Putinin yeni istehsal etdiyi silahla dünyaya meydan oxumasına cavab verdi.

A24.az xəbər verir ki, ABŞ müdafiə texnologiyasını inkişaf etdirən DARPA agentliyinin müdiri Steven H. Valker hipersonik silah istehsal etdirdiklərini iddia edib.

Steven H. Valker bildirib:

“DARPA bir neçə ildir ABŞ Silahlı Qüvvələri Amerikan Aviasiya və Kosmos Agentliyi NASA ilə hipersonik silah istehsal edib və bu işi də prioritet bir missiya olaraq görür.”

Pentaqonun aşağı radar sistemlərinin qeyri-kafi olduğunu xatırladan Valker gələn il hipertonik silahların sınaqdan keçiriləcəyini vurğulayıb.

Rusiya Dövlət Başçısı Vladimir Putin iki gün öncəki çıxışında dünyanın istənilən nöqtəsini vura biləcək raketlər istehsal etdiyini bildirmişdi.

Putinin bu çıxışına ABŞ-dan cavab gecikməyib. ABŞ Strateji Komandanlığının (STRATCOM) Komandiri Gen. Con Haten Vizinqonun hipersonik silahlara qarşı müdadiə olunmaq üçün orbitə göndəriləcək radar sisteminin inkişaf etdirilməsinin lazım olduğunu qeyd edib.

Hayten Pentaqonun yer üzündəki radar sistemlərinin qeyri-kafi olduğunu və “orbitdə daha yaxşı çalışması üçün radar sistemini inkişaf etdirməyə sadəcə bir neçə milyard dollar lazım olduğunu deyib.

Dünyadakı hər hansı bir yerinə səsdən 25 qat daha sürətli və dəqiqələr içində hədəfi vura bilən Hipersonick silah 5,5 ton bomba daşıma bacarığına malikdir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00