A24 Xeber

ABŞ-dan sensasion hesabat: Sarkisyan saxta yolla prezident seçilib

ABŞ-dan sensasion hesabat: Sarkisyan saxta yolla prezident seçilib
582
07 Mart 2017 - 13:48

ABŞ Dövlət Departamenti İnsan Haqlarının vəziyyətinə dair illik hesabat hazırlayıb.

“A24.az” “azvision.az”a istinadən xəbər verir ki, 2016-cı il üzrə hesabatda Ermənistana xüsusi yer verilib.

Hesabatda vurğulanıb ki, bundan əvvəl Ermənistanda keçirilən seçkilər saxtalaşdırlıb: “Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və onun Respublika partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendum yaxşı təşkil olunsa da, qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır. 2008-ci il prezident seçkilərindən sonra ölən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb”, – deyə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda bildirilib.

Nəşrin yaydığı xəbərə əsasən, Dövlət Departamenti Serj Sarkisyanın legitimliyi məsələsini qaldıraraq, ona dolayısı yolla saxtakarlıq nəticəsində seçildiyini xatırladıb.

“Joxovurd” belə bir hesabatın Ermənistanda parlament seçkiləri ərəfəsində yayılmasına xüsusi diqqət çəkib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00