ABŞ-dan Suriya ilə bağlı AÇIQLAMA: Sonuncu əməliyyatlara başladıq

ABŞ-dan Suriya ilə bağlı AÇIQLAMA: Sonuncu əməliyyatlara başladıq
Want create site? Find Free WordPress Themes and plugins.

“Suriyada İŞİD-in əlində tutduğu sonuncu bölgələrlə bağlı əməliyyatlar başlayırıq”

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ xarici işlər nazirliyinin sözçüsü Hizer Noyert deyib.

Hizer Noyertin sözlərinə görə, İŞİD-in Suriyadakı ərazilərə nəzarət etməsinin və xalqı terrora məruz qoymasını artıq yekunlaşdırırıq.

Hizer Noyert, Suriyada İŞİD-ə qarşı apardıqları əməliyyatlara dair yazılı bəyanat yayımlayıb.

Hizer Noyert, bəyanatda “ABŞ Beynəlxalq Koalisiya, yerli müttəfiqlər və Demokratik Suriya Qüvvələri (DSG), İŞİD-in əlində saxladığı son bölgələrdə əməliyyatlara başlayır”, ifadələrini işlədib. Münaqişələrin ağır keçəcəyini bildirən  Noyert, ABŞ-a, koalisiyaya və yerli qüvvələrə qarşı bir hücum olacağı təqdir də bu qüvvələrin lazımi səviyyədə müdafiə ediləcəyini xüsusi qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar