ABŞ-dan TANAP-a dəstək

ABŞ-dan TANAP-a dəstək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk  Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bölgəyə verəcəyi töhfəni dəyərləndirib. 

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Oudkirk layihənin Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsi olduğunu vurğulayıb.

O bildirib ki, TANAP-ın regional enerji bazarlarında rolu əhəmiyyətlidir:

“Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün bazarda seçim imkanları yaradır. Digər tərəfdən, ölkənin təmin etdiyi enerji təhlükəsizliyinə güclü töhfədir. ABŞ-ın layihə üzrə birbaşa sərmayəsi olmasa da, TANAP-ı dəstəkləyirik. Çünki bu, resurs diversifikasiyasına və təhlükəsizliyin təmin edilməsinə kömək edir”.

O qeyd edib ki, dünyada çətinliklər baş verərkən TANAP-ın istismara verilməsi qlobal olaraq inkişaf sayılır:

“TANAP Azərbaycan qazını yeni bazarlara daşıması baxımından da əhəmiyyətli layihədir. Müttəfiq və tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün önəmlidir”. /Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar