ABŞ-dan Türkiyəyə embarqo təhdidi: Türkiyənin rus hərbçiləri ilə yaxınlaşması...

ABŞ-dan Türkiyəyə embarqo təhdidi: Türkiyənin rus hərbçiləri ilə yaxınlaşması…
Want create site? Find Free WordPress Themes and plugins.

Ankara Moskovaya Suriyadakı taktiki hədəflərinə çatması üçün etdiyi güzəştlərin riskli olduğunu xatırlatmalıdır.

A24.Az xarici mediya istinadən xəbər verir ki, bu məsələ barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel nümayəndələr palatasının xarici işlər üzrə komitəsində çıxış edərkən deyib.

O qeyd edib ki, Türkiyə axlr vaxtlar Rusiya və İranla birlikdə hərəkət etməyə başlayıb: “Ankara bizi razı salıb, inandırmağa çalışır ki, bu əməkdaşlıq Suriyadakı münaqişənin həll olunmasında doğru addımdır və Cenevrə protokoluna da uyğun gəlir. Amma Türkiyənin rus hərbçilərlə danışaraq Afrin bölgəsində asanlıqla əməliyyat aparması, ABŞ-da narahatlıq yaradır”, – deyə Mitçel qeyd edib.

Mitçell həmçinin bildirib ki, Ankaranın Rusiya sistemi olan S-400 raketlərini əldə etməsi Türkiyəyə qarşı embarqoya səbəb ola bilər.

Bu da onların F-35 Amerika döyüş təyyarələrinin əldə etməsinə heç də müsbət təsir etməz.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar