A24 Xeber

ABŞ dəniz qüvvələrini gücləndirir: Lazer silahlar gətirilir

ABŞ dəniz qüvvələrini gücləndirir: Lazer silahlar gətirilir
32
05 May 2018 - 22:11

Amerika dəniz qüvvələri, döyüş gəmilərində istifadə olunan top və raket qurğularının əvəzinə Helios adı lazer silahları yerləşdirməyi planlaşdırır.

A24.Az Daily Star-a istinadən xəbər verir ki, Amerikanın döyüş gəmilərində istifadə edilən Phalanx MK-15 zenit artilleriya sistemlərinin yerinə Helios lazer silahının keçməsi gözlənilir. Hərbi rəsmilərinin məlumatına görə, hazırda pilotsuz uçuş aparatlarına, kiçik gəmilərə və bəzi yaxın məsafələrdə təsirli olan silahlara qarşı qorunmaq üçün lazımi güc və şüa quruluşuna malik olan lazerlərin dəniz qüvvələrimnin gəmilərinə quraşdırılması nəzərdə tutulub.

“Helios”un sayəsində Amerika donanmasındakı döyüş gəmilərində sursat saxlama ehtiyac qalmayacağı bildirilib. Bununla yanaşı ekspertlər Amerika donanmasının bu cür yeniliklərə hələ hazır olmadığına da vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00