ABŞ Əsədə bir daha xəbərdarlıq etdi: "3-cü dəfə kimyəvi silahdan istifadə edilərsə..."

ABŞ Əsədə bir daha xəbərdarlıq etdi: “3-cü dəfə kimyəvi silahdan istifadə edilərsə…”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Əsədə qarşı xəbərdarlıqları davam etməkdədir.

“A24.az” “timeturk.com”a istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton kimyəvi silahlardan istifadə edən Bəşər Əsədə sərt xəbərdarlıq edib.

Con Bolton “əgər 3-cü dəfə kimyəvi silahdan istifadə edilərsə, cavabımızın çox güclü olacağını bildirmək istəyirik. İkinci hücumda birlikdə hərəkət etdiyimiz İngiltərə və Fransa ilə məsləhətləşdik. Onlar da kimyəvi silahdan istifadə edildiyi halda bunun güclü bir cavabla nəticələnəcəyini düşünürlər” ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ 2017-ci ilin aprel ayında Han Şeyhun qəsəbəsinə edilən kimyəvi hücumdan sonra rejimə məxsus hədəfləri vurmuşdu. ABŞ-ın rejim qüvvələrinə qarşı ikinci hücumu isə bu ilin yenə aprel ayında Şərqi Qutada kimyəvi silahdan istifadəyə dair görüntülərin ortaya çıxmasından sonra etmişdi.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar